SON XƏBƏRLƏR

Dənizin çirklənməsinin qarşısını almaq məqsədilə Masallı və Lənkəranda qabaqlayıcı tədbirlər görülür. Cenublu.az bu haqda 10 iyun tarixində Apa.az-a istinadən xəbər verir.

“Azərsu” ASC-nin Tullantı su şəbəkələrinin idarə edilməsi şöbəsinin rəisi Xalid Abbasov mövzu ilə bağlı jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, Masallıda və Lənkəranda su təmizləyici kollektorlar inşa edilir. Onlar yaxın zamanda istifadəyə veriləcək.

Qeyd olunub ki, həmin qurğular Xəzərə çirkli suların axıdılmasının qarşısını alacaq.