SON XƏBƏRLƏR

Lerik qarın yağmasından sonra işıqsız qalıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 yanvar tarixində Lent.az-a istinadən verir.

Belə ki, ötən axşamdan başlayaraq Lerikdə yağan güclü qar rayonun elektrik təsərrüfatına ziyan vurub. 2500 abonenti əhatə edən 45 yaşayış məntəqəsinin elektrik enerjisinin verilişi dayanıb.

Lerik rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Vüqar Mirzəyev bildirib ki, hazırda həmin kəndlərdə elektrik enerjisinin verilişinin bərpası üçün işlər aparılır.

Qeyd edək ki, Lerikə yağan qarın hündürlüyü rayon ərazisində 20, dağlarda 35 santimetrdir.