SON XƏBƏRLƏR

Universitetə qəbul olan abituriyentlər ödənişli və ödənişsiz əsaslarda təhsil alacaqlar. Dövlətimiz ödənişli əsaslarda təhsil alacaq tələbələri Təhsil Tələbə Krediti ilə təmin edir. Bu haqda bu gün, 2 sentyabr tarixində Cenublu.az xəbər verir.

Öncə krediti əldə etmək üçün bakalavriat səviyyəsi üzrə toplanılan balın minimum 300 bal olması, tələbələrə az da olsa, çətinlik yaradırdı. Lakin Təhsil Tələbə Krediti Fondunun Himayəçilər Şurasının qəbul etdiyi qərara əsasən, 1-ci kurs tələbələrinin ilk semestrdə təhsil tələbə krediti almaq üçün minimum 250 bal toplamaları kifayətdir.

Qeyd edək ki, qəbul balı yalnız 1-ci kursun birinci semestri üçün keçərlidir. Növbəti semestrdən tələbənin qəbul balı deyil, tələbənin ÜOMG balı nəzərə alınacaq.

Kreditə müraciət etmək istəyənlər qeyd olunmuş linkdə qaydaları öyrənə bilərlər: https://edu.gov.az/az/news-and-updates/16585-1

Deposit
Aktual

Masallı rayon sakinində narkotik və soyuq silah aşkarlanıb

Masallı rayon sakini Şirvan şəhərində saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən verir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri