SON XƏBƏRLƏR

Amerika Birləşmiş Ştatlarında şagirdlərin 10 aylıq təhsil ala biləcəkləri proqrama start verilib. Bu haqda bu gün, 13 sentyabr tarixində Cenublu.az xəbər verir.

FLEX (Future leaders’ exchange – Gələcəyin liderlərinin mübadiləsi) 10 ay, yəni bir təhsil ili üçün nəzərdə tutulub. Tamamilə ödənişsiz keçirilən layihədə iştirakçılardan tələb olunanlar:

  • 15-17 yaş arasında olmalıdırlar;
  • Orta məktəbin 9, 10, 11-ci siniflərinin şagirdləri olmalıdırlar;
  • İngilis dilini bilməlidirlər;
  • Amerika vizalarının verilməsi tələblərinə uyğun olmalıdırlar;
  • Azərbaycan vətəndaşı olmalı və beynəlxalq pasport almaq imkanına malik olmalıdırlar.

FLEX üzrə imtahan 3 mərhələdən ibarət olur:

  • 1-ci tur 15 sentyabr və 15 oktyabr aralığında keçirilir. İmtahanlar yaşadığınız şəhərdən asılı olaraq keçirilir.
  • 1-ci turu keçən şəxslər 2-ci mərhələyə buraxılırlar. Orada gənclər Dinləmə (Listening) -dən imtahan verirlər. Bundan sonra isə ingilis dilində inşa yazmağınız tələb olunur. 2-ci turun nəticələri də 1 ay ərzində məlum olur və 3-cü tura start verilir.
  • 3-cü tur sonrakı 1-2 ay ərzində keçirilir. Burada iştirakçılar müsahibədə iştirak edir və yenidən imla yazırlar.

Hazırda FLEX proqramına qəbul prosesi davam edir. İştirak etmək istəyən şəxslər aşağıda qeyd olunmuş linkə daxil olaraq, müraciət edə bilərlər:

https://ais.americancouncils.org/cgi-bin/WebObjects/AIR.woa/wa/login?brand=flex&fbclid=IwAR1Vstm73_ngwWBgVXJJ6Oil9i8EuTkB6GQZQELuBepmsLWtYex4-4y7f-M

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər