SON XƏBƏRLƏR

Milli Məclisin Mədəniyyət Komitəsinin AzEdu.az təhsil portalı ilə birgə keçirdiyi “İlin Gənc Müəllimi-2022” müsabiqəsinin qaliblərinin təltif olunma mərasimi keçirilib. Bu haqda bu gün, 17 aprel tarixində Cenublu.az Lənkəran-Astara Regional Təhsil İdarəsinə istinadən xəbər verir.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində çalışan 3 müəllim müsabiqədə qalib olub:

  • Şixəlizadə Leyla Ratiq qızı –  Lənkəran rayon Jidi kənd ümumi orta məktəbin ibtidai sinif müəllimi;
  • Kazımov Kamil Vaqif oğlu – Lerik rayon Vistən kənd tam orta məktəbin tarix və coğrafiya müəllimi;
  • Əmrahova Samirə Adəm qızı – Cəlilabad rayonu Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi.

Qeyd edək ki, beynəlxalq “Global Teacher” müsabiqəsinin şərt və meyarlarını əsas götürən “İlin gənc müəllimi” müsabiqəsi üç turla həyata keçirilib.