Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Cənub Regional Hidrometeorologiya Müəssisəsinin sabiq direktoru Hüseynov Cavid Həsənağa oğlu mənimsəmədə ittiham olunur. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 oktyabr tarixində Oxu.az-a istinadən verir.
Belə ki, C.Hüseynov barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Onun nazirliyə 31 min manat dəyərində maddi ziyan vurduğu bidirilir.
İşə Lənkəran Rayon Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Cavid Hüseynov bu ilin yanvar ayında nazir Muxtar Babayevin əmri ilə işdən azad olunub.