Cənub rayonları QİCS xəstələrinə daha çox rast gəlinən siyahıda yer alır. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov məsələ ilə bağlı açıqlama verib. Məlumata əsasən, QİCS-in ən çox yayıldığı rayonların arasında Astara, Lənkəran, Masallı da yer alır.
“Bu, kifayət qədər yüksək göstəricidir. Yoluxma mənbəyi ərazi olaraq qiymətləndirilir. Bölgələrdə xəstəliyin aşkar edilməsi istiqamətində laboratoriyalarımız mövcuddur. Belə ki, xəstəliyə yoluxma ehtimalı olan insanlar müəyyən olunur və müalicəsi aparılır”, – deyə Famil Məmmədov qeyd edib.