SON XƏBƏRLƏR

Meşə fondunun təşkilatçılığı ilə Masallı və Lənkəranda ağaclar əkilib. Bu haqda bu gün, 3 dekabr tarixində Cenublu.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.

Əkin mövsümü ilə əlaqədar bütün regionların meşə fondu torpaqlarında hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilir, toxumlar atılır.

Lənkəran və Masallıdan savayı, Şəki və Qəbələ rayonlarının meşə fondu torpaqlarında da 50 mindən artıq ağac tingi əkilib, 8 tondan çox toxum səpilib.