SON XƏBƏRLƏR

Cənub regionunda Respublika fənn olimpiadalarının rayon mərhələsinə start verilib. Bu haqda bu gün, 26 dekabr tarixində Cenublu.az Vüsət Əzizova istinadən xəbər verir.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərdən ümumilikdə 2933 şagird qeydiyyatdan keçib. Respublika fənn olimpiadaları 8,9,10,11-ci sinif şagirləri arasında 7 fənn (riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrə təşkil olunub.

Respublika fənn olimpiadalarının rayon turu Lənkəran-Astara Regional Təhsil İdarəsinin əhatə dairəsində olan 6 rayon üzrə 8 mərkəzdə keçirilib.

Rayon mərhələsinin nəticələri www.portal.edu.az platforması və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə 05.01.2023-ci il tarixindən etibarən elan olunacaq.

Qeyd edək ki, Respublika Fənn Olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.