SON XƏBƏRLƏR

Gənclərin təşəbbüsü ilə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində “Cənub könüllüləri” qrupu yaradılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 noyabr tarixində verir.

Qrupun təsis yığıncağında Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini, əməkdaşları, gənc fəallar və könüllülər iştirak ediblər.

Yığıncaqda iştirak edən Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini Könül Manafova gənclərin bu təşəbbüsünün təqdirəlayiq olduğunu bildirərək, könüllülük fəaliyyətinin cəmiyyətin inkişafı üçün effektiv vasitə, şəxsi inkişaf üçün isə güclü mənbə sayıldığını vurğulayıb. O qeyd edib ki, könüllülük işgüzar vərdişlərin əldə edilməsi, fərdi və komanda inkişafının formalaşması, asudə vaxtlarının səmərəli keçirilməsi, yeni əlaqələrin qurulması, karyera yolunda ilk uğurlu addımın atılmasıdır.

Qeyd edək ki, görüş zamanı 3 nəfər təsisçi gəncin təşəbbüsü ilə yaradılan qrupun idarə heyətinə 15 nəfər üzv seçilib. Sonda gənclər tərəfindən müzakirələr aparılıb və onların təklifləri dinlənilib.

 

AQTA Cəlilabad və Masallıda yoxlama aparıb
Aktual

AQTA Cəlilabad və Masallıda yoxlama aparıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Cəlilabad və Masallı rayonlarında fəaliyyət göstərən ticarət obyektlərində monitorinq keçiriblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 dekabr tarixində verir. Yoxlama nəticəsində Cəlilabad şəhərinin Təbriz küçəsi

AQTA Cəlilabad və Masallıda yoxlama aparıb
Aktual

AQTA Cəlilabad və Masallıda yoxlama aparıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Cəlilabad və Masallı rayonlarında fəaliyyət göstərən ticarət obyektlərində monitorinq keçiriblər. Bu haqda məlumatı Cenublu.az bu gün,