SON XƏBƏRLƏR

Lənkəranda cənub bölgəsinin İcra strukturlarının ictimai şura sədrləri görüş keçiriblər. Bu haqda bu gün, 9 sentyabr tarixində Cenublu.az Masallı Xəbərlərinə istinadən xəbər verir.

Görüşdə Masallı, Astara, Lerik, Yardımlı,Cəlilabad və Biləsuvar rayon İcra Hakimiyyətlərinin əməkdaşları və sözügedən rayonların İH humanitar məsələlər şöbəsinin müdirləri iştirak ediblər. Heydər Əliyev Mərkəzində keçirilən tədbir zamanı iştirakçılar İcra Hakimiyyətlərinin gördüyü işlərdə fəallığın artırılması məqsədilə maarifləndirici söhbətlər aparıblar.