SON XƏBƏRLƏR

Sentyabr ayında gözlənilən yağışlarla əlaqədar Lənkəran-Astara bölgəsinin bəzi çaylarından sel keçəcəyi ehtimal olunur. Bu haqda bu gün, 5 sentyabr tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyevin verdiyi məlumata əsasən, dağlıq və dağətəyi rayonlarda yağışın intensiv və leysan xarakterli olacağı ilə əlaqədar Lənkəran-Astara bölgəsinin bəzi çaylarından sel keçəcək.

Qeyd edək ki, son günlərdə hava şəraitinin quraq keçməsi ilə əlaqədar sululuq tranzit çaylarda normadan 47 %, yerli çaylarda isə 20 % aşağı olub.