Bu gün şəhid Elmir Həsənovun şəhadətə ucaldığı gündür.
Elmir Həsənov 15 dekabt 1988-ci ildə Cəlilabad rayonunun Göytəpə qəsəbəsində anadan olub. Məktəbdən məzun olduqdan sonra o zamankı Milli Təhlükəsizlik Nazirliyinin akademiyasına qəbul olub. Sonradan təhsilini aviasiya sahəsi üzrə davam etdirib.
2015-ci ildə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin aviasiya hərbi qulluğunda xidmətə başlayıb. Xidmətdə olduğu müddətdə mayor rütbəsinə qədər qalxıb. 2-ci Qarabağ müharibəsi və ya Vətən müharibəsi adı ilə yadda qalan müharibədə iştirak edib, buna görə də 2 müxtəlif medalla təltif edilib.
2021-ci il 30 noyabrda Səngəçaldan qalxan helikopterin Xızı rayonunda yerləşən Qaraheybət Aviasiya Poliqonuna enişi zamanı helikopterin qəzaya uğraması nəticəsində digər 13 nəfər ekipaj üzvü ilə birlikdə şəhid olub.