SON XƏBƏRLƏR

Cəlilabadlı məktəbli Amerika Riyaziyyat Olimpiadasında uğurlu nəticə əldə edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 mart tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsinə istinadən verir.

Belə ki, Cəlilabad rayonu Göytəpə şəhər Vüqar Mürsəlov adına 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Sadıqova Nəzrin Anar qızı  “Amerikan Mathematics Olympiad”da (Amerika Riyaziyyat Olimpiadası) iştirak edərək bürünc medala layiq görülüb.