SON XƏBƏRLƏR

Cəlilabad rayonunun Üçtəpə kəndində yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.

Məlumata əsasən, ümumi sahəsi 96 kv.m olan tövlənin dam örtüyünün 54 kv.m sahədə olan yanar konstruksiyaları və damına yığılan 1,5 ton ot bağlaması yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.