SON XƏBƏRLƏR

Cəlilabadda ümumi orta məktəb üçün yeni modul tipli bina quraşdırılır. Bu haqda bu gün, 13 yanvar tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.

Yeni məktəb Moranlı kəndində quraşdırılır. Məsələ ilə bağlı təhsil ocağının direktoru Ruslan Abbasov məlumat verib. O bildirir ki, artıq yeni məktəbin inşası ilə bağlı 2 aydır ki, müvafiq işlər aparılır: “Hazırda məktəbin daxilində və həyətyanı sahəsində işlər görürülür. İşlər bitən kimi yeni məktəb istifadəyə veriləcək”.

Məktəb 96 şagird yerlikdir. Qeyd edək ki, Moranlı kənd ümumi orta məktəbinin binası uzun müddətdir qəzalı vəziyyətdədir. Bu isə şagirdlərin həyatı üçün təhlükə yaradır.