SON XƏBƏRLƏR

Rafiq Cəlilov Vətən müharibəsi qazisini ziyarət edib. Bu haqda bu gün, 14 yanvar tarixində Cenublu.az Cəlilabad RİH-yə istinadən xəbər verir.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Hüseynov Elnur Malik oğlunun evində olub. Elnur Hüseynov cəbhə xatirələri ilə bölüşüb, keçdiyi döyüş yolundan danışıb. Sonra ailənin qayğıları ilə maraqlanılıb, RİH başçısı tərəfindən qaziyə smartfon hədiyyə edilib, yardım göstərilib.

Qəhrəman döyüşçü “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” , “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.