SON XƏBƏRLƏR

Rafiq Cəlilov Hacıismayıllı kəndində sakinlərlə görüş keçirib. Bu haqda bu gün, 16 mart tarixində Cenublu.az Cəlilabad RİH-yə istinadən xəbər verir.

Hacıismayıllı kəndində keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri  və kənd sakinləri iştirak ediblər.

Qəbul başlamazdan öncə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov kənd sakinlərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. Daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. İcra hakimiyyətinin səlahiyyətlərinə aid olan problemlərlə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti üzrə müəyyən tapşırıqlar verilib. Həlli rayon səviyyəsində mümkün olmayan məsələlərlə bağlı vətəndaşlara lazımi izah verilib, onlarla söhbət aparılıb.