SON XƏBƏRLƏR

Cəlilabad rayonunun Eçara kəndində Birinci Qarabağ müharibəsində şəhid olmuş Sərdar Sadıqov və Hüseyn Əkbərlinin adına inşa olunmuş xatirə kompleksinin açılışı olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 mart tarixində verir.

Kompleksin açılış mərasimində şəhidin ailə üzvləri, qazilər və kənd ictimaiyyəti iştirak ediblər.

Qeyd edək ki, hər iki şəhidimiz Cəlilabadın Eçara kəndində dünyaya göz açıb.

Şəhid Sərdar Sadıqov 3 yanvar 1994-cü ildə Ağdərə rayonunun Maraqiz kəndində şəhid olub.

Şəhidlərin müəllimi Yusif Əkbərov açılış mərasimində bunları deyib: “Bu uşaqlar mənə çox doğmadırlar. Əkbərli Hüseyn qardaşım oğludur. Sadıqov Sərdar isə xalam oğlu. Hər ikisinə 10 il dərs demişəm. Onların əvvəldən vətənpərvər olduqları hiss olunurdu. Allah şəhidlərimizə rəhmət eləsin”.

Qeyd edək ki, xatirə kompleksinin inşasını xeyriyyəci kənd sakini Vaqif Səfərov həyata keçirib.