SON XƏBƏRLƏR

Cəlilabadın ən böyük kəndlərindən biri olan Uzuntəpədə abadlıq işləri davam edir. Bu haqda bu gün, 5 dekabr tarixində Cenublu.az Dünya TV-yə istinadən xəbər verir.

Daxili imkanlar hesabına kəndin indiyədək bərbad vəziyyətdə olan daxili yolları təmir edilməklə yanaşı, kənd küçələrinin işıqlandırılması təmin edilib.  Ümumi abadlıq işləri bununla da bitməyib. Əkilən şam ağacları, yaradılan minifutbol meydançası kəndin zahiri görünüşünü xeyli dəyişdirib. Kənd sakinləri yaşadıqları massivdə sürətlə aparılan dəyişikliklərdən məmnundurlar.

Qeyd edək ki, başlanan işlər çərçivəsində kənddə 30 km-lik yol təmir olunub.

Uzuntəpə kənd icra nümayəndəsi Loğman Hüseynov bildirib ki, baş tutan abadlıq və quruculuq işləri davamlı olacaq və daxili imkanların səfərbər olunması hesabına müasir, infrastrukturu yenilənmiş kənd kommunikasiyalara malik, yaşayış standartlarına uyğun yaşayış məntəqəsinə çevriləcək.