Cəlilabadda yeraltı təkanlar baş verib. Bu haqda bu gün, 9 may tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 06:30-da Cəlilabad stansiyasından 23 km şimalda, Biləsuvar rayonunda 3 maqnitudada qeydə alınıb. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.
Təkanlar hiss olunmayıb.