SON XƏBƏRLƏR

Cəlilabadda Zəfər Günü ilə əlaqədar bayram konserti baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 noyabr tarixində verir.

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Cəlilabad Rayon İcra Hakimiyyəti və Masallı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə bayram konserti keçirilib.

Konsertdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Milli Məclisin deputatları Malik Həsənov, Elman Nəsirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə və təşkilatların əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində 8 Noyabr – Zəfər Gününə həsr olunan rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Konsert qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra Zəfər Gününə  həsr olunmuş videoçarx nümayiş olunub.

Yüksək vətənpərvərlik, qələbə duyğuları və coşqu ilə keçən konsert proqramı izləyicilər tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.

Axşam saatlarında 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Heydər Əliyev Seyrəngahında atəşfəşanlıq olub, səmaya hava şarları buraxılıb.