SON XƏBƏRLƏR

Cəlilabad Peşə Liseyinə məxsus yük avtomobilləri satışa çıxarılacaq. Bu haqda bu gün, 24 dekabr tarixində Cenublu.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Xidmətin verdiyi məlumata əsasən, hərrac 27 yanvar 2023-cü il tarixində baş tutacaq. Satışa çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı:

  • ZİL 131 N yük bortlu, 1989-ci il, 1875 manat start qiyməti ilə;
  • ZİL 130 yük bortlu 1974-cü il, 1125 manat start qiyməti ilə;
  • QAZ 53 yük bortlu 1982-ci il, 1125 manat start qiyməti ilə.

Hərracla bağlı ətraflı məlumat əldə etmək üçün Qasımov Zülfüqar (050-686-50-07) ilə əlaqə saxlamaq olar.