Cəlilabadda yerləşən marketlərin birində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən nöqsanlar aşkarlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 yanvar tarixində verir.
Şəhərin Azərbaycan küçəsində yerləşən “Qədirxum” marketi qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması və baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulları qəbul etdiyi üçün cərimələnib.