Cəlilabadda fermerlər çiyələyi yeni üsulla əkib-becərmənin yollarından istifadə edirlər. Bu haqda bu gün, 11 may tarixində Cenublu.az APA TV-yə istinadən xəbər verir.
İstixana şəraitində yetişdirilən məhsul yüksək tipli texnologiya ilə suvarılıb gübrələnir. İndi çiyələk yetişdirilməsində daha az əl əməyindən istifadə edilir. Bu üsula, əsasən, torpaqsız becərilən çiyələk daha tez əmələ gəlir və yığımı daha təmiz başa gəlir.
Məhsul daxili bazarın tələbatı ödənildikdən sonra Rusiya, Qazaxıstan, digər qonşu ölkələrə və bu ildən ilk dəfə olaraq ərəb dövlətlərinə ixrac olunacaq. Əksər fermerlər çiyələyin “Murano” sortuna üstünlük verirlər. İtaliyadan gətirilən şitillər respublikamızda artırılır. Bu sortun üstünlüyü ondadır ki, uzaq məsafələrə daşınmağa dözümlüdür. Qeyd edək ki, Cəlilabadda çiyələk əkini ilə 3000-dən artıq fermer məşğul olur. Hazırda qiymət sortlardan, keyfiyyətdən asılı olaraq, 2 manat, 2 manat 50 qəpik arasında dəyişir.