SON XƏBƏRLƏR

Cəlilabadda kürsülü evdə yanğın baş verib. Bu haqda bu gün, 10 oktyabr tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir.

Hadisə rayonun Meşədilər kəndində qeydə alınıb. Ümumi sahəsi 108 kv.m olan kürsülü birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Yanğın yerinə FHN-in əməkdaşları cəlb ediliblər. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.