Cəlilabad rayonunda yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Hadisə rayonun Moranlı kəndində qeydə alınıb. Ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 12 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.