Cəlilabad rayonunun Privolnoye kəndində yanğın qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 mart tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Ümumi sahəsi 50 kv.m olan talvarın yanar konstruksiyaları 15 kv.m sahədə və altına yığılan 2 ton ot bağlamasının 1 tonu yanıb.
Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.