Cəlilabad rayonunda evdə yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 noyabr tarixində Report.az-a istinadən verir.
Hadisə Buravar kəndində qeydə alınıb. Baş vermiş yanğın nəticəsində 32 yaşlı Tacəddin Cəfərovun və qardaşı, 30 yaşlı Saməddin Cəfərovun üz, boyun, əlləri və aşağı ətrafları yanıb. Onlar rayon xəstəxanasına yerləşdiriliblər.
Məlumata görə, qardaşlar evdə baş verən yanğını söndürərkən xəsarət alıblar.
Araşdırma aparılır.