SON XƏBƏRLƏR

Bir neçə gün əvvəl küləklə müşayiət olunan dolunun yağması Cəlilabaddakı çiyələk sahələrini məhv edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 aprel tarixində Xəzərxəbər-ə istinadən verir.

Belə ki, yetişmiş məhsul zədələndiyindən çürüməyə başlayıb. Fermerlər deyirlər ki, artıq sürətli çürümə gedir. Sahələrdən 40-50 faiz satışa yararlı məhsul yığmaq olar.

Hava şəraiti kartof sahələrinə də ciddi ziyan vurub. Fermerlər deyirlər ki, külək və dolu kolların qırılmasına səbəb olub. Yığım 10-15 gün geciksə, məhsuldarlıq 50 faiz aşağı olacaq.

Cəlilabad rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, dolunun vurduğu ziyan yüzlərlə hektarı əhatə edir.

Qeyd olunub ki, əkin sahələri sığorta olunmadığından fermerlər itirilən məhsul barədə müraciət edə bilmirlər. Üstəlik təbiət hadisəsi məhsuldarlığı aşağı saldığı üçün bu, satış qiymətinin artmasına da təsir göstərəcək.