SON XƏBƏRLƏR

Cəlilabadda “Hər şey Vətən üçün, Vətən hər kəsin” adlı sərgi-yarmarkası təşkil edilib. Bu haqda bu gün, 14 dekabr tarixində Cenublu.az Cəlilabad RİH-yə istinadən xəbər verir.

Yarmarka akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbdə təşkil olunub. Sərgidə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Qızıl Aypara Cəmiyyətinin Lənkəran Regional İdarəsinin koordinatoru, YAP-nin Cəlilabad rayon təşkilatının sədri, Cəlilabad rayonu üzrə təhsil sektorunun əməkdaşları, müəllim və şagirdlər iştirak ediblər.

Məktəbin peşə təmayüllü siniflərində müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdlərin əl işləri sərgidə satışa çıxarılıb. Yarmarkadan əldə edilən vəsait “YAŞAT” Fonduna və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürülüb.