SON XƏBƏRLƏR

Türkiyədən təşrif buyurmuş psixoloqlar Cəlilabadda erməni terrorundan zərər görmüş vətəndaşlara yardım edəcəklər. Bu haqda bu gün, 16 noyabr tarixində Cenublu.az Cəlilabad RİH-yə istinadən xəbər verir.

FHN-in təşkilatçılığı ilə baş tutan layihə çərçivəsində 3 psixoloq 2 ay müddətinə Cəlilabad rayonuna ezam edilib. Psixoloqlar tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında həftənin I və IV günlərində qəbul keçiriləcək.

Qəbula yazılmaq istəyənlər 112 qaynar xəttinə müraciət edə bilərlər.