Cəlilabadda mədəniyyət işçiləri tərəfindən 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarları ziyarət edilib. Bu haqda bu gün, 26 sentyabr tarixində Cenublu.az Masallı Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Kövüzbulaq kənd Mədəniyyət evi və kitabxanasının işçiləri Vətən müharibəsi zamanı qəhrəmancasına şəhadətə ucalmış Nadirli Kənan İlqar oğlu, Ataşlı Zülfüqar Vəli oğlu və Baxşəliyev İnam Rasim oğlunun məzarlarını ziyarət ediblər.