Cəlilabadda Vətən müharibəsi qazisi üçün ev tikilir. Bu haqda bu gün, 28 aprel tarixində Cenublu.az Qarabağ Qaziləri Birliyi Cəlilabad rayon filialına istinadən xəbər verir.
Tikinti işləri Qarabağ Qaziləri Birliyi Cəlilabad rayon filialının sədri Maşalla Əliyevin təşkilatçılığı ilə həyata keçirilir. Rayon rəhbərliyi və xeyriyyəçi şəxslərin maddi dəstəyi ilə qazi Qurban Məmmədov üçün tikintisinə başlanılmış ev qısa zamanda yekunlaşıb təhvil veriləcək.