SON XƏBƏRLƏR

Azərbaycanda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işi başlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 oktyabr tarixində Baş Prokurorluğa istinadən verir.

Belə ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Cəlilabad rayonu ərazisində yerləşən Göytəpə meşəbəyliyinin 19 saylı meşə dolayında dövlət mülkiyyətində olan, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonu ərazisində yerləşən Gürdəsər meşəbəyliyinin 8 saylı dolayında, habelə Vizəzəmin meşəbəyliyinin 18 saylı dolayında dövlət mülkiyyətində olan meşə fonduna daxil olan torpaq sahəsində qanunsuz ağackəsmə faktları aşkarlanıb.

Qeyd edilən faktlara görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət,istifadə və icarə hüququnu pozma), 259.1 və 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.