Cəlilabad rayonunun Əliabad kəndində yanğın hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 mart tarixində verir.
Belə ki, ümumi sahəsi 70 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə və içərisinə yığılan 0,7 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.