Cəlilabadda tikilinin konstruksiyalarında yanğın qeydə alınıb. Bu haqda bu gün, 10 fevral tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir.
Hadisə rayonun Alar kəndində baş verib. Ümumi sahəsi 144 kv.m olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.