SON XƏBƏRLƏR

Cənub bölgəsində İcbari Tibbi Sığortanın tətbiqi ilə bağlı xəstəxanaya müraciətlərin sayı kəskin artıb. Bu haqda bu gün, 25 yanvar tarixində Cenublu.az BizimMedia-ya istinadən xəbər verir.

“Cəlilabad rayonunda icbari tibbi sığortanın tətbiqinə 2021-ci ildən başlanılıb. 2020-ci il koronavirus pandemiyasına təsadüf etdiyindən müqayisəni 2021 və 2022-ci illər üzrə qeyd edəcəm. Belə ki, 2021-ci illə müqayisədə 2022-ci ildə xəstəxanaya daxil olan müraciət sayı 2 dəfə artıb (57.999-dan 122.515-ə). Son 2 il ərzində müraciətlər üzrə 335.910 ambulator, 52.500 stasionar xidmət göstərilib. Ümumilikdə, 4170 cərrahi əməliyyat icra olunub”, – deyə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli bildirib.

O qeyd edib ki, İcbari tibbi sığortanın uğurlu tətbiqi üçün möhkəm maddi-texniki bazanın mövcudluğu və müxtəlif ixtisaslı həkim kadrlarının təminatı vacib amillərdəndir.