SON XƏBƏRLƏR

Cəlilabadda kənd təsərrüfatı sahələrində mövsümi məhsul yığımı davam edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 may tarixində Dünya TV-yə istinadən verir.

Son illər Cəlilabadın kənd təsərrüfatında çiyələk əkini əsas yer tutur. Sahədə kifayət qədər çiyələk də var. Əsas problem isə ondan ibarətdir ki, bir çox fermer ciddi işçi çatışmazlığı ilə üz-üzədir. Qonşu Lənkəran, Astara və s. rayonlardan vətəndaş sahəyə iş üçün üz tutsa da, Cəlilabadda işçi qüvvəsi tapmaq qeyri-mümkündür. Bir çox sahibkar isə məcburiyyətdən digər rayondan işçi qüvvəsi cəlb edir. Təkcə çiyələk sahələrində deyil, rayonun digər kənd təsərrüfatı sahələrində də bu cür vəziyyət mövcuddur.

“Rug Fruit” MMC şirkətinin nümayəndəsi Səbuhi Cabbarov: “Bizim sahəmizdə bugünkü gündə 150 adam işləyir. Daha 150-200 nəfərə ehtiyacımız var. Məhsulumuz qalır yerdə, yığmağa işçi qüvvəsi lazımdır. Məcburən başqa rayonlardan gətiririk. Astaradan, Lənkərandan, İmişlidən işçilər gəlir, Cəlilabaddan isə az adam gəlir. Cəlilabaddan cəmi 10-15 nəfər işçimiz var”.