SON XƏBƏRLƏR

Cəlilabadın Buravar kəndində yerləşən köhnə qəbiristanlıqlarda daş buğa və daş qoç fiqurları aşkar edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 noyabr tarixində Oxu.az-a istinadən verir.

Tarixçi Elşad Əmənov Cəlilabadın tarixin üstündə tikildiyini qeyd edib: “Yerin altında neolit, mezolit dövrünə qədər faktlarımız var. Burada iki qoç firuqu var idi. Biri, böyük olan sındırılıb. Ola bilsin, sel zamanı. Digəri isə bu, kiçik olçülü olandır. Bunun uzunluğu təxminən 70 santimetr, hündürlüyü 30-35 santimetrdir. Sözügedən heykəl təxminən 16-cı əsrə aiddir”.

Bu heykəlin üçdə iki hissəsi yerin altındadır. Lazımi sənədləşmə aparılır ki, bunun tarixi obyekt kimi mühafizə olunması mühafizəçilərə tapşırılsın.”

Tarixçinin sözlərinə görə, Cəlilabadın ərazisindən müxtəlif formalı qoç fiqurları oğurlanaraq Ermənistana göndərilib.

“Bu heykəlin buğa olması faktını Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Regional əməkdaşları aşkar ediblər. Qeyd edim ki, Azərbaycanda yeganə kəl heykəl buradadır. İkinci belə bir heykəl Borçalıda olub, onu da ermənilər aparıblar və hal-hazırda erməni heykəli kimi qoruyurlar”.

Monitorinqi müşahidə edən Elşad Əmənov kəl fiquru ilə bağlı mülahizələrini bizimlə paylaşıb.

“Bu heykəlin yaxınlığında Kəlim adında bir yer də var. “Kəleyim” sözü özü bir az dəyişikliklərə məruz qalsa da, kəlin eydirildiyi(yedirdildiyi) yer anlamına gəlir. Güman edirəm ki, axtarışlar gedərsə, Kəlbəcərdə də belə bir tarixi maddi sübut aşkar eləmək mümkündür. Kəlbəcər, yəni kəlin becərildiyi yer deməkdir. Bizim folklorumuzda: nağıllarımızda, miflərimizdə, əsatirlərimizdə kəllə bağlı deyilir: “yerin altı sudur, suyun üzərində balıq, üzərində kəldir. Yer kürəsi də onun üstündə dayanıb”.

Elşad Əmənov, həmçinin bildirib ki, bu ərazilərdə aşkar olunan 500-ə qədər eksponat Cəlilabad rayon Tarix-Diyarşünaslıq Muzeyinə verilib.