SON XƏBƏRLƏR

Cəlilabad rayonunda baş vermiş yanğın nəticəsində ot bağlamaları yanıb. Bu haqda bu gün, 3 mart tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir.

Hadisə rayonun Sarxanlı kəndində qeydə alınıb. Ümumi sahəsi 104 kv.m olan talvarın altına yığılan 3 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.