Cəlilabadda tələbələr arasında keçirilən turnirin qalibləri bəlli olub. Bu haqda bu gün, 3 dekabr tarixində Cenublu.az ADPU Cəlilabad filialı TGT-yə istinadən xəbər verir.
ON1000 proqramı çərçivəsində ADPU Cəlilabad filialı Tələbə Gənclər Təşkilatının Tarix klubu tələbələrarası müsabiqə keçirib. “Tarixin izi ilə” adlı Nə? Harada? Nə zaman? yarışının ilk üçlüyü bəlli olub:
- I yer – “Veto” komandası;
- II yer –”Filoloqlar” komandası;
- III yer – “Kosmos” komandası.