SON XƏBƏRLƏR

Cəlilabad rayonunda bir neçə gün əvvəl qeyri-sabit hava şəraiti 4 məktəbə ziyan vurub. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 aprel tarixində Report.az-a istinadən verir.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən verilən məlumata əsasən, məktəblərin təmir və bərpası üçün Elm və Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinə artıq məlumat verilib.

Qeyd edək ki, 21 aprel tarixində Cəlilabadda dolu, qasırğa və leysan olub.