SON XƏBƏRLƏR

Cəlilabadda sərnişindaşıma fəaliyyəti üçün istifadə olunan mikroavtobusun qaz balonu vasitəsilə qızdırılması ilə bağlı sosial şəbəkələrdə video yayılıb. Bu haqda bu gün, 12 yanvar tarixində Cenublu.az Qaynarinfo.az-a istinadən xəbər verir.

Hava qarlı-şaxtalı keçsə də, Cəlilabadda həm şəhərdaxili, həm də kənd və qəsəbələrə işləyən marşrut avtobuslarında qızdırıcı sistem işləmir. Sərnişinlər istismar müddəti başa çatmış mikroavtobuslarla daşınırlar. Cəlilabadda “Mercedes 208 D” mikroavtobusunda sürücünün salonu qaz balonu ilə qızdırmasını əks etdirən görüntülər üzə çıxıb.

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Cəlilabad Avtovağzalının direktoru Ağahüseyn Nəzərov sözügedən mikroavtobusun onların tabeliyində olmadığını bildirib. Cəlilabad Regional Nəqliyyat İdarəsindən isə Qaynarinfo-ya deyildi ki, hadisə ilə bağlı araşdırma başlanıb. Sürücü idarəyə çağırılaraq izahatı alınıb və xətdən kənarlaşdırılıb.

Sürücü isə izahatında bildirib ki, sözügedən qaz balonu sərnişinə məxsusdur. Havan soyuq olduğundan qızınmaq üçün qaz balonu yandırılıb.