Heydər Əliyevin 100-cü ildönümü ilə bağlı Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbdə şeir müsabiqəsi təşkil olunub. Bu haqda bu gün, 25 aprel tarixində Cenublu.az Cəlilabad rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Lənkəran-Astara Regional Təhsil İdarəsi Cəlilabad rayon sektoru, rayon Veteranlar Təşkilatı və Cəlilabad rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin açılış mərasimində Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, LARTİ-nin Cəlilabad rayon sektorunun metodisti İlham Əhmədov, AYB-nin üzvü, rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman iştirakçılara müsabiqə haqqında geniş məlumat verərək bildiriblər ki, müsabiqənin keçirilməsində məqsəd həyatını xalqına həsr edən dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixində dərin iz buraxan siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətini gənc nəslə aşılamaqdır.
Müsabiqədə şagirdlər ulu öndər Heydər Əliyevə və vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlər söyləyiblər. Müsabiqə iştirakçılarının söylədiyi şeirlər münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nəticələrə uyğun olaraq, şeir müsabiqəsinin qalibləri müəyyən olunub. Müsabiqənin qaliblərinə ulu öndərin doğum günündə mükafatlar təqdim olunacaq.