Cəlilabadda ağıllı işıqlandırma sistemi istifadəyə verilib. Bu haqda bu gün, 29 dekabr tarixində Cenublu.az Cəlilabad RİH-yə istinadən xəbər verir.
Cəlilabad və Göytəpə şəhərlərinin küçə və prospektləri ağıllı işıqlandırma sistemi ilə təchiz olunur. Artıq Cəlilabad şəhərində Heydər Əliyev Seyrəngahı, Zərifə Əliyeva, 20 Yanvar, Səməd Vurğun, İsmayıl Şıxlı, Qarabağ, Arif Qubadov, Röyal Nəsirov, Məhəmməd Füzuli, Mehdi Hüseynzadə və Qurtuluş küçələrində işıqlandırma sistemləri quraşdırılıb. Quraşdırma işlərindən sonra ağıllı işıqlandırma sistemi sakinlərin istifadəsinə verilib.
Qeyd edək ki, abadlıq işləri “Bakı Abadlıq Xidməti” MMC tərəfindən həyata keçirilir.