SON XƏBƏRLƏR

Cəlilabadda şəhid Şaməddin Əzizovun övladının doğum günü qeyd olunub. Bu haqda bu gün, 7 dekabr tarixində Cenublu.az Masallı Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.

Mirlətif Ağayev adına “Təbib” Tibb kursu MMC-nin təşkilatçılığı ilə şəhid Şaməddin Əzizovun qızı Nurayın doğum günü qeyd edilib. Tədbirdə şəhidin qızı ilə bərabər, həyat yoldaşı, Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon üzrə nümayəndəsi Elnur Atakişiyev, mərkəzi kitabxananın və Asdanlı kənd mədəniyyət evinin əməkdaşları iştirak ediblər.

Tədbirdə şəhid övladına doğum günü münasibətilə təbrik sözləri, xoş arzular deyilib, hədiyyələr təqdim olunub.

İbrahim Əzizov doğulduğu kəndin qəbiristanlığında dəfn edilib. Şəhidimiz Prezident İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.