SON XƏBƏRLƏR

Cəlilabadda mədəniyyət işçilərinin təşkilatçılığı ilə şəhid ailəsi ziyarət olunub. Bu haqda bu gün, 16 noyabr tarixində Cenublu.az Masallı Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.

Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad üzrə nümayəndəsi Elnur Atakişiyev, rayon mədəniyyət mərkəzinin direktoru Ramil İbrahimov və mədəniyyət müəssisələrinin əməkdaşları şəhid Əlikram Xanışovun evində olublar. Daha sonra qonaqlar şəhidimizin ev-muzeyində olublar. Mədəniyyət əməkdaşları ailənin qayğıları ilə maraqlanıblar.

Şəhid Əlikram Xanışov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur Döyüşçü” və “Suqovuşanın Azad Olunması Uğrunda” medalları ilə təltif olunub.