Cəlilabadda şəhid və qazi ailələri ziyarət olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 mart tarixində verir.
Cəlilabad rayon Günəşli kənd mədəniyyət evinin və Bayxanlı kənd klubunun əməkdaşları şəhid Adil Əliyevin, Rəvan Məmmədovun, qazi Aydın Abbasov, Kamal Abbasov və İntiqam Qasımovun ailələrini ziyarət ediblər.
Ziyarət zamanı şəhid və qazilərin ailə üzvlərinə bayram sovqatları təqdim olunub.