SON XƏBƏRLƏR

Cəlilabadda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Cəlilabad rayon komitəsinin dəstəyi ilə Rəşad Əlizamin oğlu Qənbərlinin ailəsi ziyarət olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 noyabr tarixində Masallı Regional Mədəniyyət İdarəsinə istinadən verir.

Ziyarət zamanı Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Elnur Atakişiyev, MİHİ-nin Cəlilabad rayon komitəsinin sədri Cəbrayıl Gözəlov, Cəlilabad rayon Mədəniyyət Mərkəzinin direktoru Ramil İbrahimov və mədəniyyət müəssisələrinin əməkdaşları şəhidin ailə üzvləri ilə görüşüb onlara ehtiramlarını ifadə ediblər.

Sonra mədəniyyət nümayəndələri şəhidin ev-muzeyini ziyarət edərək onun əşyaları ilə tanış olub, xatirə şəkilləri çəkdiriblər.